Ümumi Tanışlıq və Motivasiya
Özünüzü 1-2 cümlə ilə necə təqdim edərdiniz?
HR sahəsinə marağınız haradan yaranıb?
Sizi bu vəzifəyə uyğun edən əsas keyfiyyətlər hansılardır?
Bu sahədə hansı mövzularda özünüzü inkişaf etdirmək istəyirsiniz?
İrəlidə özünüzü HR-ın hansı qolunda inkişaf edərək görürsünüz?
İş axtarışında sizin üçün vacib olan meyarlar nələrdir?
İnsan Resursları üzrə Nəzəri Biliklər
İnsan resurslarının əsas funksiyalarını sadalaya bilərsinizmi?
İşə qəbul prosesinin əsas mərhələləri hansılardır?
Əmək qanunvericiliyi haqqında nə qədər məlumatınız var?
İşə qəbulda diskriminasiyadan necə qaçmaq olar?
CV və motivasiya məktubu arasında nə fərq var?
İş elanını hazırlayarkən nələrə diqqət edirsiniz?
Praktik Situasiyalar
CV-də boşluq görsəniz, necə yanaşarsınız?
Namizəd müsahibədə yaxşı təsir bağışlamır, amma CV-si çox güclüdür. Nə edərsiniz?
Yeni işə qəbul olunan əməkdaşın oriyentasiya prosesini necə təşkil edərdiniz?
Rəhbərlik sizi təcili bir vakansiya ilə bağlı tapşırıqlandırır. Hansı addımları atarsınız?
Əməkdaşın şikayəti ilə qarşılaşsanız, prosesi necə idarə edərdiniz?
İşə gecikən və ya intizamsız əməkdaşla necə davranardınız?
Əmək Qanunvericiliyi
Əmək müqaviləsi nə zaman bağlanmalıdır?
Təcrübə müddəti nə qədər ola bilər və hansı hallarda uzadıla bilər?
Əmək kitabçası və əmək müqaviləsi arasındakı fərq nədir?
Əmək müqaviləsinin ləğv edilmə əsaslarını bilirsinizmi?
İşçinin sağlamlıq arayışı təqdim etməməsi halında necə davranılmalıdır?
Əlaqə və Ünsiyyət Bacarıqları
Müxtəlif xarakterli insanlarla işləyə biləcəyinizi düşünürsünüzmü?
Əgər sizi dinləməyən bir işçi ilə qarşılaşsanız, necə davranarsınız?
Rəhbərliklə effektiv ünsiyyət qurmaq üçün nələr vacibdir?
HR mütəxəssisi üçün empati nə qədər vacibdir?
Texniki Bacarıqlar
MS Excel-də hansı funksiyaları bilirsiniz?
Əmək haqqı hesablanması ilə bağlı hər hansı bilginiz varmı?
Hər hansı HR proqram təminatı (SAP , 1C, Zoho, etc.) ilə işləmə təcrübəniz olubmu?
Əməkdaşların məlumat bazasını necə qurmaq daha məqsədəuyğundur?
Özünüqiymətləndirmə və İnkişaf
Sizi peşəkar olaraq ən çox nə motivasiya edir?
Ən güclü və zəif tərəflərinizi necə izah edərsiniz?
Sonuncu dəfə yeni nə öyrənmisiniz və bu sizə necə fayda verib?
Tənqidlə necə davranırsınız?
Özünüzü necə inkişaf etdirirsiniz?
Komanda və Əməkdaşlıq
Komanda ilə işləmək sizin üçün nə deməkdir?
Komanda daxilində fikir ayrılığı yaşanarsa, necə davranırsınız?
HR komandasının bir parçası olaraq sizin rolunuz nə olmalıdır?
Komanda ruhunu gücləndirmək üçün nə tövsiyə edərdiniz?
Unutmayın, müsahibədə dürüst olmaq bilikli olmaqdan daha önəmlidir. Uğur olsun!
