İş Yoldaşlarına bunları etmə!

Komanda mədəniyyəti kiçik addımlarla başlayır…

🔇 1. WhatsaApp-da səsli mesaj atmayın

– Xüsusilə qrupda. Qısa yazmaq daha etikdir. Vaxt hər kəs üçün dəyərlidir.

➕ 2. İcazəsiz heç kimi qruplara əlavə etməyin

– Əvvəlcədən soruşun. Qrupa əlavə olunmaq da razılıq tələb edir.

👜 3. Başqasının əşyasından icazəsiz istifadə etməyin

– Bu sadəcə əşya deyil, hörmət məsələsidir.

🤷‍♂️ 4. “Bilmirəm” deyib məsuliyyətdən qaçmayın

– Bilmirəmsə, öyrənərəm. Komandada inkişaf etmə mədəniyyəti olmalıdır.

🧍 5. Kiminsə uğuruna susmayın – dəstək olun!

– “Bravo”, “Əhsən” demək heç nə aparmır. Amma çox şey qazandırır.

📢 6. Qeyri-etik zarafat etməyin

– Zarafat incitməməlidir. Qəribə “yumorlar” komandaya zərər vurur.

🕒 7. Gecikməni normallaşdırmayın

– Gecikmək bir nəfərlik səhv deyil, komandaya təsir edən vərdişdir.

🙅‍♀️ 8. Kollektivdə qeybət etməyin

– Gəlin tənqid yerinə təklif verək, danışmaq əvəzinə dinləyək.

🎯 9. Başqasının əvəzinə məsuliyyəti üzərinə götürməkdən çəkinməyin

– “Bu mənlik deyil” demək komandanı zəiflədir.

📚 10. Paylaşmamaq – ən böyük itirməkdir

– Bilik, təcrübə və informasiya komandada paylaşılmalıdır. Bu birlik yaradır.

🎯 Son olaraq nəticə: Lider olmaq üçün vəzifə artımını, maaş yüksəlişini gözləməyə ehtiyac yoxdur. Sadəcə bu qaydalara əməl etməyiniz kifayətdir. Ən zəif rəhbər belə etik davranışları olan əməkdaşa rəğbət bəsləyir – çünki hər komandada korporativ mədəniyyətin daşıyıcısı olacaq birinə ehtiyac var.

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: