HR Expert kimdir? đꑤ

HR expert — insan resurslarının müxtəlif funksiyaları üzrə dərin bilik və təcrübəyə sahib, strategiya qura bilən və rəhbərliyə tövsiyə verəcək səviyyədə peşəkar bacarıqları olan şəxsdir.

🔍 HR expert hansı sahələr üzrə bilikli olur?

✅ İşə qəbul və istedadların idarə olunması
— Yalnız CV seçmək yox, həm də doğru profilin mədəniyyətə uyğunluğunu qiymətləndirmək
✅ Əmək qanunvericiliyi və hüquqi çərçivə
— Əmək müqavilələri, iş rejimi, məzuniyyətlər, hüquq pozuntularına müdaxilə
✅ Performance Management (İşçi performansının qiymətləndirilməsi və inkişafı)
— KPI-lar, OKR-lər, inkişaf planları
âś… Employee Engagement & Retention
— İşçi motivasiyası, mədəniyyət quruculuğu, işçi məmnuniyyəti
✅ HR strategiyası və biznesə dəstək
— İnsan resurslarını biznes məqsədləri ilə uzlaşdırmaq
✅ Əməkhaqqı və kompensasiya
— Ədalətli maaş strukturunun qurulması, bonus sistemləri
✅ Təlim və inkişaf
— Potensiallı əməkdaşların bacarıqlarının artırılması, lider yetişdirmək

🧠 HR Expert olmaq üçün nə lazımdır?

🔹 5+ illik təcrübə (amma bu sahədən asılıdır — bəzən 3 il intensiv təcrübə yetərli ola bilər)
🔹 Real-case bilikləri — yalnız nəzəriyyə yox, real problemləri həll etmiş olmaq
🔹 Liderlik bacarığı – digər HR-lara da mentorluq edə bilmək
🔹 Daim öyrənmək — qanunlar dəyişir, nəsillər dəyişir, HR da dəyişməlidir
🔹 Sertifikatlar (SHRM, CIPD, HRCI) – imic və sistemli bilik üçün önəmlidir, amma əsas deyil

✳️ Nəticə:

HR expert — sadəcə HR işçisi deyil, HR lideridir.
İnsan resurslarını üzrə verilən tapşırıqları icra edən yox, resursu biznesin bir hissəsinə çevirən şəxsdir.

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
BaĹźla: