Əmək haqqı sirr olaraq qalır

Hörmətli HR həmkarlar,

Vakansiya paylaşarkən maaş aralığını qeyd etmək bizim borcumuzdur.

Bu məlumat şirkət sirri deyil, namizədin açıq və düzgün qərar verməsi üçün zəruri olan məlumatdır.

Çox zaman eşitdiyimiz ifadə:

“Bacarığa uyğun əmək haqqı təklif olunacaq.”

Amma gəlin realist olaq:
Əgər namizədin bacarığı şirkətin büdcə aralığından yuxarıdırsa, bu artıq razılaşma olmayacaq deməkdir.
Namizəd özünü qiymətləndirmək üçün heç bir ipucu almır, şirkət isə uyğun olmayan müraciətlərlə vaxt itirir.

Şəffaflıq təkcə etik davranış deyil, həm də effektivlikdir.

Əmək haqqı aralığı yazmaq — nə zəiflikdir, nə risk. Bu, açıq münasibətin göstəricisidir.

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: