İş mühitində tək qalmaq

Tənhalıq tək qalmaq deyil

Otaqda 10 nəfər ola bilər…
Amma heç kim səni başa düşmürsə, tək qalmısan.

Tənhalıq – bəzən sükut yox, başqalarının içində görünməməkdir.
Günə salamla başlayırsan, iclaslara girirsən, işini görürsən…
Amma kimsə səndən “sən necəsən?” deyə səmimi soruşmur.

İş yerində tənhalıq hissi – sadəcə şəxsi problem deyil.
Bu, mühitin insanı unuda bilməsinin göstəricisidir.

📌 Bir HR olaraq çox eşitmişəm:
“Burada işləyirəm, amma özümü özüm kimi hiss etmirəm.”

O an anlayırsan ki, maaşdan da vacib şey var:
Qəbul olunmaq, görünmək, hiss olunmaq.

“Bəs sən işə gələndə özünü işə gətirirsən?”

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: