EMBA təhsil nədir? 🎓

Bu yaxınlarda bir yoldaşla danışırdım. Dedi ki:

“Namizədi müsahibəyə çağırmadım, çünki CV-si zəif idi həm də CV-də MBA sözünü səhv yazmışdı: EMBA kimi…”

Bu sözləri eşidəndə ciddi şəkildə təəssüf hissi keçirdim. Çünki:

🔍 EMBA — Executive MBA deməkdir.
Yəni sıradan bir MBA proqramı deyil, rəhbər şəxslər üçün nəzərdə tutulan yüksək səviyyəli, praktik və strateji bacarıqlara fokuslanan bir magistr proqramıdır.

Bu təhsil proqramı:
✅ Adətən 5+ il iş təcrübəsi olan menecerlər üçündür
✅ Paralel şəkildə işləyərkən oxunur
✅ Biznes qərarvermə, liderlik və strateji idarəetmə kimi modulları əhatə edir

📌 Yəni CV-də “EMBA” görsəniz, bu səhv yazılmış MBA deyil — bu, ciddi resurs, zaman və təcrübə yatırımı tələb edən bir executive təhsildir.

💡 CV-də nəyisə anlamadıqda, imtina etməzdən əvvəl araşdırın və soruşun. Bəzən ən dəyərli namizədlər, bizim anlamadığımız detallarda gizlənə bilər.

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: