Özünü ucuzlaşdırma. Sənin dəyərin var.
Özünü ucuz təqdim etdiyin yerdə qiymət gözləmə.
İş həyatında, dostluqda, münasibətdə… əgər sən dəyərini unutdunsa, başqaları niyə xatırlasın ki?!
Səssiz qalırsan – səbir sayılır.
Yük götürürsən – məsuliyyət sayılır.
Amma sənə necə davranılmasına “yox” demirsənsə, artıq qiymətin düşür.
📌 Bir şeyi unutma:
Dəyər – başqasının sənə verdiyi qiymət deyil.
Dəyər – özünə verdiyin dəyərin başqalarına görünən halıdır.
Hər münasibət, hər iş yeri səni anlamayacaq.
Ta ki, sən özünü anlamadan, heç kim səni doğru qiymətləndirməyəcək.
