Hamı Z nəslindən danışır.
“Çox tələbkardılar”, “az işləmək istəyirlər”, “səhər sübhdən qalxmaq istəmirlər” deyirlər.
Bəli, bu nəsil əvvəlkilərdən fərqlidir. Amma bir az diqqətlə baxsaq görərik ki, bu fərq tənbəllikdən yox, dəyərlərin dəyişməsindən doğur.
📌 Z nəsli nə istəyir?
Onlar uzun saatlarla ofisdə oturmaq istəmirlər – çünki nəticəyə fokuslanıblar, prosesə yox.
Onlar “təkcə maaş” deyil, dəyər görmək, əməkdaş kimi tanınmaq istəyirlər.
Onlar təkcə işləmək yox, özlərinə zaman ayırmaq, dostları, ailəsi və hobbiləri ilə balans qurmaq istəyirlər.
Onlar üçün rəhbər sadəcə rəhbər deyil – yol göstərən, empatiya edən, insan kimi davranan lider vacibdir.
📱 Bunları bu qədər səsli ifadə etdiklərinə görə tənqid edirik?
❓❓❓ Amma sual verək:
Bunları hansı nəsil istəmirdi ki?
Sadəcə 90-larda LinkedIn yox idi, YouTube yox idi, “öz brendin” anlayışı yox idi.
Buna görə də insanlar öz azadlığını belə təmin edirdi:
– 90-larda azad olmaq istəyən dükkan açdı,
– 2000-lərdə müəllim olmaq istəməyən repetitor oldu,
– 2010-larda idarəçi olmaq istəməyən françayzinqə keçdi,
– İndi isə Z nəsli sadəcə deyir:
“Az işləyim, mənalı yaşayım.”
🎯 Günah axtarmağa ehtiyac yoxdur. Z nəsli sadəcə susmamış nəsildir.
Bu istəklər nə trenddir, nə də dəb — illərlə danışılmamış arzuların səsidir.
