Bütün məkanlar doludur. Hər kəs əylənir, istirahət edir. Sanki hamı xoşbəxtdir…
Amma HR prizmasından baxanda mən bilirəm ki:
🔹 Bəziləri susur – işsizdir, amma hiss etdirmir.
🔹 Bəziləri tükənib, amma “hər şey yaxşıdır” deyə paylaşır.
🔹 Bəziləri maaşdan maaşa yaşamağa davam edir, amma yenə də gülümsəyir.
🔹 Bəziləri “bəlkə mən də nə vaxtsa rahat nəfəs alaram?” deyə içindən keçirir.
Hər gülümsəmə – arxasında bir mübarizə daşıya bilər.
💡 İşin, gəlirin, sabitliyin olmaması — heç kimin dəyərini azaltmır.
💬 Sən sadəcə indi bir keçid dövründəsən. Bu da keçəcək.
HR olaraq mənim işim yalnız işə qəbul deyil — dəstəkləmək, başa düşmək, empati qurmaq və fürsətlər yaratmaqdır.
📣 Sən bu yolda tək deyilsən.
