Stres artıq şəxsi problem deyil – bu, biznes riskidir!
Uzun illər iş yerində stress sadəcə fərdi bir məsələ kimi qiymətləndirilirdi. HR komandaları bu problemi daha çox seminarlar və rifah proqramları ilə həll etməyə çalışırdı. Amma artıq bu yanaşma kifayət deyil.
📉 Yeni tədqiqatlar göstərir ki, yüksək stress şirkətə əlavə xərc yaradır:
– Performans itkisi və tükənmişlik
– İşçi dövriyyəsi və bağlılığın azalması
📊 Həll? Stresin ölçülməsi və idarə edilməsi!
🔍 Biznesdə maliyyə və əməliyyat risklərini necə ciddi ölçürüksə, stressi də eyni ciddiyyətlə analiz etməliyik.
📌 İşçilərə anonim sorğu ünvanlayın:
“İş yerinizdə nə qədər tez-tez stress, narahatlıq və ya gərginlik hiss edirsiniz?”
Əldə olunan nəticələr 3 zona üzrə analiz edilir: aşağı, orta və yüksək stress zonaları.
🎯 HR, maliyyə və risk komandalarının ortaq şəkildə stressi idarə etməsi artıq strateji zərurətdir.
