Lider olmaq üçün səsin gur, çıxışların təsirli, titulların dolu olması şərt deyil!
Bəzən sadəcə oturduğun masa, dinlədiyin söz və verdiyin sakit reaksiya insanlara yol göstərə bilər.
Çünki liderlik – göstəriş deyil, nüfuzdur.
Lider odur ki:
– Özünə qarşı tələbkardır, başqasına qarşı isə anlayışlı.
– Hədə qorxu gəlmir, qorxutmur, əksinə güvən yaradır.
– Özünü heç kimdən öndə deyil, cavabdehlikdə görür.
📌 Və unutma:
Lider olmaq – önə keçmək deyil.
Əksinə arxasında durmağı bilməkdir. Nəyin arxasında durmalısan? Verdiyin sözlərin, iş yoldaşlarının, komandanın, şirkətin, öhdəliyində olan ailənin!
