Recruitment sahəsi aşağıdakı əsas istiqamətlərə bölünür:
- Corporate Recruiter
Harada işləyir: Şirkətin daxili HR komandasında
Nə edir: Tək bir şirkətin bütün vakansiyalarını bağlayır.
Daxili komanda ilə işləyir, işə götürmə strategiyası qurur, rəhbərlərlə birgə namizəd seçir.
Ən çox “in-house HR” kimi tanınır. - Agency Recruiter (Recruitment Consultant)
Harada işləyir: İşəgötürmə agentliklərində
Nə edir: Müxtəlif şirkətlər üçün işçi axtarır.
Müştərilərdən sifariş alır, uyğun namizədləri tapıb şirkətə təqdim edir.
Çox zaman komissiya (placement fee) əsasında işləyir. - Technical / IT Recruiter
İxtisaslaşma sahəsi: Proqramçı, sistem administratoru, DevOps, data analyst kimi texniki vəzifələr
Nə edir: Texniki rollar üçün uyğun profilləri tapır, texniki müsahibə mərhələlərini təşkil edir.
IT dilini başa düşmək və vakansiyanı düzgün oxumaq bu sahədə vacibdir. - Executive Recruiter / Headhunter
İxtisaslaşma sahəsi: CEO, CFO, direktorlar, top-mənecment səviyyəsində işə götürmə
Nə edir: Yalnız yüksək vəzifəli şəxsləri tapır.
Çox zaman bu şəxslər “passive candidate” olur – yəni iş axtarmır, amma onlara təklif edilir.
Diskretlik, etibar və əlaqə şəbəkəsi bu rolda çox önəmlidir. - Campus Recruiter
Hədəf qrup: Tələbələr və yeni məzunlar
Nə edir: Universitetlərdə tanıtımlar, təcrübə proqramları və gənc istedadlar üçün seçmə prosesi ilə məşğuldur.
Çox zaman intern və graduate program-ları idarə edir. - Blue-Collar Recruiter
Hədəf qrup: Fəhlə, sürücü, anbar işçisi, texniki işçi və digər fiziki işçi profilləri
Nə edir: Kütləvi və operativ şəkildə işçi seçimi aparır.
Bu sahədə CV çox zaman olmur, daha çox real təcrübə və bacarıq əsas götürülür. - Volume / Mass Recruiter
Nə edir: Eyni anda yüzlərlə namizədin seçimi ilə məşğul olur.
Misal: Call center, mağaza işçiləri, kuryerlər, restoran personalı
Əsasən qısa müddətdə, çoxlu sayda işçiyə ehtiyac olan sahələrdə olur. - Sourcing Specialist
Nə edir: Yalnız namizəd tapmaqla məşğuldur (search & outreach).
Onların işi daha çox LinkedIn, iş saytları, sosial media və CV bazalarında axtarış aparmaqdır.
“Passive candidate sourcing” üzrə ixtisaslaşırlar. - Talent Acquisition Specialist
Fərqi nədir: Recruiterdən daha strateji yanaşır
Nə edir: Namizəd tapmaqla yanaşı, işə götürmə planlaması, marka quruculuğu (employer branding) və müsahibə proseslərinin təkmilləşdirilməsi ilə məşğul olur. - Freelance Recruiter
Nə edir: Müxtəlif şirkətlərə sərbəst şəkildə xidmət göstərir.
Layihə əsasında işləyir, öz iş qrafiki var, komissiya ilə ödəniş alır.
Sənə ən maraqlı gələn sahə hansı oldu?
