Hamı deyir “öz üzərində işləməlisən!”
Amma heç kim soruşmur:
Bəs bu insanın şəraiti necədir?
Kursa yazıl…
Könüllü ol…
Təcrübə proqramına qatıl…
Uğurlu insanlardan öyrən…
Bir gününü kiməsə kömək etməklə keçirt…
👉 Bu tövsiyələr doğrudur. Mən də tövsiyə edirəm.
Amma bəlkə də o insan:
– Kirayədə qalır…
– Evdə xəstə baxır…
– İş axtarır amma yemək pulu çatmır…
– Özünü inkişaf etdirmək istəyir, amma gündəlik yaşam mübarizəsi aparır…
Buna görə də bəzən “nə üçün etmir?” sualı yox,
“Nə mane olur?” sualını vermək lazımdır.
🔹 Hamı eyni yerdən başlamır.
🔹 Hamının resursu, imkanı, dayağı eyni deyil.
🔹 Ona görə, birinə tövsiyə verməzdən öncə, bəlkə bir az empatiya göstərək?
Kiməsə məsləhət vermək əvəzinə, bəlkə sadəcə dinləyək?
Mən də əvvəllər motivasiya verirdim, sonra başa düşdüm ki, hər kəsin arxasında görünməyən yükü var… Əgər imkanımız varsa, yalnız məsləhət verməklə yox, əllərindən tutmaqla kömək edə bilərik.
