Telefonda maaş soruşmaq olar? 📞

Bəli, olar! Amma necə soruşduğunuz daha önəmlidir.

    Namizədin düşünülmüş şəkildə verdiyi sual hər şeyi dəyişə bilər:

    🗣️ “Sizin elanı oxumuşam, şirkətinizlə tanışam, xidmət və ya məhsulunuzu istifadə edirəm.
    Cəmi 3 yerə CV göndərmişdim – ilk sizdən cavab gəldi.
    Zəhmət olmasa, mənə şirkət mədəniyyətiniz barədə qısa məlumat verə bilərsiniz?

    Sizdə işləyən insan özünü dəyərli hiss edir?
    Əmək haqqınız şirkət mədəniyyətinizi təmsil edir?”

    Bu sual:
    Sizin araşdırma etdiyinizi,
    Şirkəti təsadüfi seçmədiyinizi,
    Və dəyər görmək istədiyinizi göstərir.

    💡 Unutmayaq: Maaş bir rəqəm deyil, bir münasibətdir. Şirkətin insanlara necə baxdığını göstərən mədəniyyət parçasıdır.

    Published by Asim Hasanov HR

    HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

    Design a site like this with WordPress.com
    Başla: