Üzbəüz görüş mənə nə qazandırır?

Namizəd cəlb etməkdə üzbəüz görüşün faydası inanılmaz dərəcədə güclüdür.

🔹 Müsahibədən sonra 3 gün ərzində namizəddən rəy alıram. Son bənddə açıq bölmə var: “Bizdə nəyi bəyəndiniz?”

Maraqlıdır ki, bir çox namizəd maaşı və işin ağırlığını soruşmur. Əksinə, ən çox eşitdiyim rəylər bunlardır:

✅ Ofisiniz çox səliqəlidir.
✅ Atmosfer rahat və xoşdur.
✅ Hər kəs işinə məşğul görünür.
✅ Dəhlizdə qarşılaşdığım əməkdaşlar sənədlə gəzirdi – bu da iş mühitinə ciddi yanaşmanı göstərirdi.

Nəticə? Namizəd sadəcə iş şərtlərini deyil, iş mühitini də hiss edir. Ofisin ab-havası, nizam-intizamı, insanların davranışı namizədləri cəlb edir.

🌟 Deməli, yeni işçiləri cəlb etməyin yollarından biri də sadəcə yaxşı ofisdir.
Buna görə də ənənəvi üzbəüz görüşü sevirəm.

👉 İş seçərkən “ofis mühiti” sizin üçün neçənci yerdə dayanır?

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: