İşə qəbul olmusunuz, amma işləmək istəmirsiniz?

Telefonu səssizə alıb, işəgötürəni bloka atıb, heç bir xəbər vermədən ortalıqdan “itməyin”.

Bu, yanlış yanaşmadır

👉 Ən azından işəgötürənə məlumat verin:
Qərarınızı dəyişmisinizsə, açıq şəkildə deyin.
Başqa yerdə iş tapmısınızsa, bunu bildirin.
Sadəcə marağınız qalmayıbsa belə, səmimi bir mesaj yazın.

Unutmayın, sizin “susmağınız” o iş üçün seçilməmiş başqa namizədi də gözlədir. Halbuki o insan işsiz qala bilər, ya da başqa şansını qaçırar.

Peşəkarlıq yalnız CV-də yazılan bacarıqlarla ölçülmür. Sözündə durmaq, etik davranmaq və insanlıq göstərmək də karyera yolunuzun mühüm hissəsidir.

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: