Bəli, işdən çıxış müsahibəsində işçi belə dedi. Çünki texnologiyanın inkişafı nəticəsində işdən çıxarılmalar – ixtisarlar başlamışdı.
Bütün prosedur – təzminat, müqavilə, sənədlər tam qaydasında idi və qərar verilmişdi artıq icra olunmalı idi. Müsahibədə işə yeni başlayan HR xanım da iştirak edirdi – onun üzündə qorxu, əllərində həyəcan hiss olunurdu. Bu isə peşəkar HR-ın eşitdiyi ilk hədə-qorxu deyildi, bu səbəbdən o bütün şərtləri izah etdi və şirkətin göstərəcəyi psixoloji dəstək barədə məlumat verdi. Müsahibədən sonra yeni işçinin narahatlığı davam edirdi. O düşünürdü bu real ola bilər.
İşçi işdən azad edildi, bir neçə gün sonra işdə olan zaman xəbər gəldi ki, həmin işçi doğrudan da özünü körpüdən atıb canına qəsd edib.
Bu xəbər yeni HR-ı çox sarsıtdı. O işdən çıxış ərizəsini yazıb işdən ayrıldı. Amma peşəkar HR…
📽️ Bu səhnə “Up in the Air” filmindəki bir səhnədir. HR sahəsinə marağı olanlara mütləq baxmağı tövsiyə edirəm – peşənin arxa planını göstərir.
