Qırmızı Papaq nağılını bir də mənim dilimdən dinləyin. 💃❤️

Analiz başladı:

👩‍💼 1. Onboarding və Risklərin İzahı
Qırmızı Papağın anası ona yola çıxmazdan əvvəl bütün riskləri dedi:
– Yoldan çıxma
– Qurdla danışma
– Düz get
Bu tipik onboarding və risk menecmentdir – işçini yeni vəzifəyə başlayanda qaydalarla tanış etmək, riskləri əvvəlcədən bildirmək.

⚠️ 2. Qaydalara Riayət (Compliance)
Qırmızı Papaq ananın dediklərinə baxmayaraq yoldan çıxdı və qurdla danışdı. Bu isə compliance pozuntusudur. İstənilən şirkətdə qaydaların pozulması riskin artması deməkdir.

🔍 3. Background Check Olmadı
Qurd nənənin evinə gəldi, özünü başqa biri kimi təqdim etdi və Qırmızı Papaq onu yoxlamadı. Background check edilmədiyi üçün qurd “şirkətə” daxil oldu.
Bu HR-də çox aktual məsələdir – işçi və ya podratçı haqqında əvvəlcədən araşdırma aparılmasa, problem yarana bilər.

🚨 4. Krizis və Müdaxilə
Krizis anı yetişəndə (qurd Qırmızı Papağı yemək istəyəndə) oduncu gəlir və müdaxilə edir. Bu HR-də krizis menecment və daxili nəzarət funksiyasını xatırladır – təhlükə yarananda vaxtında müdaxilə edərək zərərin qarşısını almaq.

❤️‍🔥 Son söz:
Bu nağıl bizə HR-in əsas dərslərini xatırladır:
– Onboarding: işə başlamazdan əvvəl düzgün təlimat
– Risk menecment: potensial təhlükələrin izahı
– Background check: kimlə işlədiyini əvvəlcədən öyrən
– Compliance və Etik davranış: qaydaları pozmamaq
– Krizis menecment: vaxtında müdaxilə

Sadə görünən bir nağılda belə HR işinin bütün əsas komponentlərini tapmaq mümkündür. 😊 Ona görə öyrənməyə davam…

Başqa hansı nağıl qəhrəmanı gəlsin?

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: