Müsahibədə ən çox verilən 7 sual və necə cavab vermək lazımdır?

Müsahibəyə hazırlaşırsansa, yəqin ki, “görəsən məndən nə soruşacaqlar?” sualı səni də düşündürür. Gəlin, ən çox verilən 7 sualı birlikdə nəzərdən keçirək və cavab yanaşmasını dəqiqləşdirək. Bu suallar HR mütəxəssisləri, recruiter-lər və işəgötürən menecerlər tərəfindən ən çox istifadə olunanlardır.

1. Özünüz haqqında qısa məlumat verin

Bu suala görə özüvü təqdim etməyi CV-ni təkrarlamaq kimi yox, konkret nəticələr və təcrübə ilə göstərməlisən. Peşəkar fon, əsas bacarıqlar və hazırda axtardığın rol haqqında danış. “Mən kiməm, nə etmişəm və indi nə axtarıram?” çərçivəsi kifayətdir.

2. Niyə məhz bu şirkətdə işləmək istəyirsiniz?

Burada şirkət haqqında araşdırma etdiyini göstərməlisən: fəaliyyət sahəsi, layihələr, dəyərlər, komanda mədəniyyəti. “Sizdə işləmək istəyirəm” demək kifayət deyil, “nəyə görə?” hissəsi önəmlidir.

3. Güclü tərəfləriniz hansılardır?

Bu sual özünüreklam deyil, uyğunluq qiymətləndirməsidir. Yəni güclü tərəfi vakansiyanın tələbi ilə əlaqələndirmək vacibdir. Məsələn: analitik düşüncə, vaxtın idarə olunması, komanda işi, liderlik və ya satış bacarığı.

4. Zəif tərəfiniz nədir?

Burada məqsəd sənin dürüstlük və özünüinkişaf yanaşmanı ölçməkdir. Real zəiflik seç və üzərində necə işlədiyini izah et. “Mükəmməlliyətçiyəm” kimi cavablar artıq təsir etmir.

5. Son iş yerinizi niyə tərk etmisiniz?

Əsas qayda: əvvəlki iş yeri haqqında neqativ danışmamaq. Daha çox inkişaf, yeni imkanlar, fərqli sektor təcrübəsi və ya karyera yüksəlişi ilə bağlı arqument gətirmək doğru yanaşmadır.

6. Qarşılaşdığınız çətin bir vəziyyəti necə həll etmisiniz?

Bu sual situativ düşüncə, problem həlli və stressə reaksiya bacarığını ölçür. STAR metodu (situation, task, action, result) burada ən effektli strukturdur.

7. Sizin bizə sualınız var?

Müsahibənin sonunda verilən bu sual heç vaxt “yoxdur” cavabını gözləmir. Şirkətin inkişaf planı, vəzifənin prioritetləri, komanda strukturu və ya performans gözləntiləri ilə bağlı sual vermək sənin motivasiyanı göstərir.

Əgər bu sualların cavablarını əvvəlcədən hazırlasan, müsahibəyə daha rahat və inamlı girəcəksən

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: