Əgər mən tələbə olsaydım və dərsdən sonra boş zamanım olsaydı, özümə daimi və davamlı qazanc sistemi belə qura bilərdim 👇

Yeni işə başlayan əməkdaşlara verilən “xoş gəldin” qutularını bir az fərqli edərdim.

Adətən içində olur:
🖊️ Qələm
📔 Bloknot
☕ Termos
🧃 Fincan

Amma mən fərqli düşünərdim.

Əvvəlcə uşaqlar üçün tamaşa zalları ilə danışardım,
onlara “sizə yeni tamaşa izləyiciləri qazandıra bilərəm” deyərdim.
Sonra isə şirkətlərə belə bir əməkdaşlıq təklifi təqdim edərdim:

Yeni işçiyə iki seçim verin 👇
1️⃣ Standart xoş gəldin qutusu
2️⃣ Övladı üçün uşaq tamaşasına bilet 🎟️

Beləcə, işçi həm övladı ilə xoş an yaşayardı,
həm də şirkət göstərərdi ki, “bizim üçün ailə dəyərləri də önəmlidir.”

Kiçik xərclə böyük motivasiya və emosional bağlılıq yaratmaq mümkündür. 🌿

Məndə belə ideyalar tez-tez yaranır.
Bura sənin tamaşa layihən, teatrın və ya uşaq tədbirinin reklamı ola bilərdi. 🎭

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: