İş həyatında mobbing nədir və onunla necə mübarizə aparmaq olar?

Bəzən işdə birinin sənə qarşı davamlı soyuq davranışı, incə istehza dolu sözləri və ya səssiz təzyiqi səni yorur, amma bunu “adi hal” kimi qəbul edirsən. Əslində bu, çox zaman mobbing adlanan ciddi bir psixoloji təzyiq formasıdır.

Mobbing nədir?

Mobbing — iş yerində bir və ya bir neçə nəfərin başqa bir əməkdaşa qarşı davamlı, məqsədli şəkildə mənəvi təzyiq göstərməsidir.
Bu, bəzən açıq şəkildə (təhqir, tənqid, ictimai alçaltma), bəzən də gizli formada (izolyasiya, görməzlik, məlumat gizlətmə) baş verir.

Sadəcə bir dəfə yaşanan konflikt mobbing sayılmır. Mobbing sistemli, təkrarlanan və məqsədli davranışlardır.

İş yerində mobbingin 5 əsas forması

  • Psixoloji təzyiq: Davamlı olaraq tənqid, aşağılanma və ya etibarsızlıq hissi yaratmaq.
  • İzolyasiya: İşçini komanda fəaliyyətlərindən uzaq saxlamaq, qərar prosesinə daxil etməmək.
  • Məlumatı gizlətmək: İşçinin işini yerinə yetirməsinə mane olmaq üçün lazımi məlumatı paylaşmamaq.
  • İctimai alçaltma: Başqalarının yanında kobud və ya kinayəli ifadələr işlətmək.
  • Qeyri-adekvat tapşırıqlar: Mümkünsüz və ya alçaldıcı tapşırıqlar verməklə işçini ruhdan salmaq.

Mobbingin nəticələri

  • Mobbing təkcə şəxsi psixoloji sağlamlığı pozmur, həm də şirkətin performansına ciddi zərbə vurur.
  • İşçi motivasiyasını və inamını itirir
  • İşdə məhsuldarlıq azalır
  • Komanda içində güvənsizlik yaranır
  • Şirkət reputasiyası zədələnir
  • Peşəkar işçi itkiləri baş verir
    Əgər bir şirkətdə mobbing uzun müddət davam edirsə, o mühitdə nə inkişaf olur, nə də uzunmüddətli əməkdaşlıq.

HR-ın rolu nədən ibarətdir?

HR mobbingin qarşısını almaqda əsas rol sahibidir.
HR-ın vəzifəsi sadəcə işə qəbul aparmaq deyil, etik və sağlam iş mühiti yaratmaqdır. Bunun üçün HR:
Şikayət mexanizmi qurmalıdır (işçi anonim şəkildə müraciət edə bilsin)
Daxili etika qaydalarını açıq şəkildə paylaşmalıdır
Hər il emosional intellekt və etik davranış mövzusunda təlimlər təşkil etməlidir
Rəhbərlərin davranış mədəniyyətini daim izləməlidir

Unutma: HR görünməz təzyiqləri hiss etməyi və vaxtında reaksiya verməyi bacarmalıdır.

Mobbingə məruz qaldıqda nə etməli?

Əgər sən iş yerində mobbinglə üzləşmisənsə, səssiz qalmaq problemi böyüdür. Addım-addım belə davranmaq daha doğrudur:
Duyğularını yazılı şəkildə qeyd et. (tarix, hadisə, iştirakçılar)
Emosional yox, hüquqi yanaş. Şirkətin HR-ına və ya etika komissiyasına məlumat ver.
Sübut topla. Yazışmalar, e-poçtlar, şahidlər — hər biri önəmlidir.
Peşəkar dəstək istə. HR və ya psixoloqla açıq danış.
Zərurət varsa, çıxmaqdan qorxma. Heç bir iş dəyərlidir, amma sağlamlığın daha önəmlidir.

Rəhbərlər üçün mesaj

Əgər bir rəhbər öz kollektivində mobbingin olduğunu bilib susursa, bu, dolayısı ilə mobbingi dəstəkləmək deməkdir.
Sağlam şirkət mədəniyyəti o zaman formalaşır ki, hər kəsin səsi var, heç kim qorxmadan fikrini deyə bilir.

Mobbing iş həyatının “görünməz düşməni”dir.
Onunla mübarizə aparmağın yeganə yolu — etik dəyərləri, açıq kommunikasiya və HR mexanizmlərini gücləndirməkdir.
Unutma: işdə hörmət atmosferini HR və rəhbərlik formalaşdırır, amma onu qorumaq hər kəsin məsuliyyətidir.

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: