HR-ın hansı qolunun sizə uyğun olduğunu bilmək istəyirsinizsə, testi həll edin — burada səhv cavab yoxdur.
- İşdə ən çox nə sizi motivasiya edir?
A) İnsanlarla ünsiyyət, müsahibələr aparmaq
B) Prosessləri idarə etmək, qayda-qanun yaratmaq
C) Rəqəmlərlə işləmək, analiz aparmaq
D) Təlim keçmək, insanları inkişaf etdirmək - Hansı tip tapşırıq sizi daha çox cəlb edir?
A) Namizədlərlə görüşmək və potensialı qiymətləndirmək
B) Sənədləşmə, əmrlərin hazırlanması, əmək qanunvericiliyi
C) KPI-lər, statistika, hesabatlar, ölçmə alətləri
D) Təlim proqramlarının hazırlanması, təqdimat etmək - Stresli situasiyada daha çox nə edirsiniz?
A) İnsanlarla danışıb vəziyyəti idarə edirəm
B) Reqlament və prosedurlara istinad edirəm
C) Məlumatları analiz edib düzgün qərarı tapıram
D) Sakitləşdirir, motivasiya edir və yönləndirirəm - Hansı bacarıq sizdə daha güclüdür?
A) Kommunikasiya və inandırma
B) Dəqiqlik və sənədləşmə
C) Analitik düşüncə
D) Təlim vermə və auditoriya idarəetməsi - Bu işlərdən hansını etməyi daha çox istərdiniz?
A) Vakansiya elanları, müsahibələr, namizəd seçimi
B) Əmək müqavilələri, əmrlər, ƏMAS, yoxlamalar
C) HR analitikası, dashboardlar, ölçüm sistemləri
D) Təlim proqramları yaratmaq və inkişaf layihələri
Ən çox hansı bəndi seçim etdiniz?
