İş mühitində vacib olan amma yazılmamış 15 nəzakət qaydası

1. Üzgün və ya sıxıntılı görünən həmkarlarınızla maraqlanın.

2. Hər zaman konstruktiv və inkişaf yönümlü rəy verin.

3. Həmkarınıza sosial profilini necə təkmilləşdirilməsi mövzusunda dəstək olun.

4. Uygun situasiyalarda yumordan istifadə edin — mühiti yüngülləşdirin.

5. Həmkarınıza onun sevdiyi kiçik bir hədiyyə edin.

6. Bir həmkarınız haqqında müsbət fikirləri rəhbərliyinizlə paylaşın.

7. Kiməsə iş tapşırığını tamamlamaqda kömək edin.

8. Birinin rəyini soruşun və onu həqiqətən dəyərləndirdiyinizi göstərin.

9. Başqalarının səhvlərinə anlayışla və dözümlə yanaşın.

10. Mesajları cavabsız qoymayın — “Hazırda məşğulam, amma 2 saat sonra geri dönüş edəcəyəm” kimi qısa və dəqiq mesaj göndərin.

11. Sizə kömək edən həmkarınıza təşəkkür etməyi unutmayın.

12. Rəhbərinizə və ya əməkdaşlarınıza nələri bəyəndiyinizi və nə üçün təşəkkür etdiyinizi bildirin.

13. Birini nahara dəvət edin — qısa söhbət münasibətləri gücləndirir.

14. Dediqodudan uzaq durun.

15. Danışarkən diqqətinizi müsahibinizə yönəldin.

Ətrafımızdakı insanlara bir az diqqət və nəzakət göstərmək bəzən düşündüyümüzdən daha böyük təsir yaradır. 🌿

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: