Reverse Mentoring nədir? ⭐ Əksər liderlərin çoxunun qəbul etmədiyi məqam hansıdır?

Çoxumuzda belə bir fikir var:
➡️ “Təcrübə çoxdursa, deməli hər şeyi bilirəm.”
Amma real iş dünyası artıq tam başqa istiqamətdə gedir.
Əslində isə reverse mentoring – yəni təzələrin köhnələri öyrətməsi – bu gün dünyanın ən güclü şirkətlərində tətbiq edilən inkişaf metodudur.
🔄 Reverse Mentoring necə işləyir?

  • Gənc əməkdaş rəqəmsal bacarıqları, yeni trendləri, müasir yanaşmaları öyrədir
  • Təcrübəli əməkdaş isə strateji düşüncə, qərarvermə və mədəni konteksti paylaşır

Yəni ikitərəfli öyrənmə: heç kim “aşağı”, heç kim “yuxarı” deyil. Bu – mükəmməl balanslı öyrənmədir.

🤫 Amma problem nədir?
İnkişaf etməkdə olan ölkələrdə hətta böyük şirkətlərdə belə bir çox rəhbər bu fikir barədə belə düşünür:
❌ “Təzə işçi mənə nə öyrədə bilər ki?”
❌ “Mən 15 ildir bu sahədəyəm.”
❌ “Mənim 35 yaşım var, o məndən daha savadlı ola bilməz.”

Məhz bu düşüncə səbəbindən yüzlərlə şirkət:
📉 innovasiyada geri qalır
📉 gəncləri itirir
📉 dəyişikliklərə müqavimət göstərir

Və nəticədə nə olur?

  • Eyni sistemin içində fırlanan iş mühiti və iflas…

⭐ Dünyada isə vəziyyət fərqlidir
Google, Amazon, Coca-Cola, General Electric…
Bu şirkətlərdə rəhbərlər özlərini təzələrdən öyrənməyə məcbur edirlər.

  • Niyə?
    Çünki gənclər trendlərin içində doğulub. Onlar sosial media, analitika, rəqəmsal proseslər, avtomatlaşdırma, AI, yeni davranış modellərini doğmalıqla bilir.
    Bu, təcrübənin əhəmiyyətsiz olması yox, birlikdə daha güclü olması deməkdir.

🎯 Reverse mentoring Azərbaycanda niyə vacib olmalıdır? Çünki:

  • Gənclər trend bilir
  • Böyüklər strategiyanı bilir
  • Birlikdə isə güclü komanda formalaşır
    Ən önəmlisi:
    Rəhbər təzədən öyrəndikcə liderə çevrilir, təzə isə rəhbərdən öyrəndikcə güclü komanda yoldaşı kimi formalaşır.
    Bəs siz kimdən nə öyrənmək istəyərdiniz?

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: