Biraz çevik ol və Agile yanaşmadan yararlan. Çətin deyil: işi sadələşdir, parçala və daim irəli apar.
1️⃣ Sprintlər: işi hissələrə bölmək
Böyük vakansiya siyahısı qorxudursa, onu kiçik addımlara böl: “Bu gün CV-lərə baxıram, sabah ilk seçim edirəm, sonra müsahibələri planlayıram.”
Kiçik hədəflər daha sürətli nəticə deməkdir.
2️⃣ Hər gün menecerlə qısa ünsiyyət, 10 dəqiqəlik qısa görüş kifayətdir:
- kimdə sınaqda olan işçi hansı mərhələdədir,
- kimə təcili işçi dəstəyi lazımdır,
- kimdə təsdiqlənmə prosesi ləngiyir.
Bu, problemlərin gizli qalmamasını təmin edir.
3️⃣ Retrospektiv: özünə sual vermək
Hər prosesdən sonra düşün: “Bu vakansiyanı daha tez necə bağlaya bilərdim?” “Nəyi yaxşı etdim? Nəyi növbəti dəfə daha rahat edə bilərəm?”
Bu suallar səni hər gün bir az daha güclü edir.
4️⃣ Kanban lövhəsi: prosesi görünən etmək
Sadə bir sistem:
Görüləcək işlər – Davam edir – Bitdi
Həm sən, həm menecerlər hər şeyin harada olduğunu bir baxışda görür.
Yaxşı recruiter olmaq üstün bacaraqlar demək deyil…
Düzgün sistem + ardıcıllıq + şəffaflıqdır.
Agile yanaşması isə bunu ən sadə və effektiv şəkildə təmin edir.
