HR cavab yazmadı?

CV göndərmisən, amma imtina maili gəlməyib.

Bəs arxa planda nə baş verir?

Bəzən bir vakansiya üçün 2000 CV gəlir xüsusi vakansiyalarda bu rəqəm 4000-ə rəqəm yüksələ bilir.
Bu qədər müraciətin hər birinə ayrıca cavab yazmaq real olaraq mümkün deyil. Copy-paste belə vəziyyəti xilas etmir.

Burada imtina maili gəlmirsə, bu HR-ın biganəliyi deyil.
Sadəcə şirkətdə bunun üçün avtomatik mail sistemi yoxdur: mərhələyə görə (uyğun deyil / növbəti mərhələ / ehtiyat siyahı)

Əgər şirkətdə bu sistem yoxdursa:
HR ya heç cavab yaza bilmir, ya da yalnız final mərhələyə qədər gələn namizədlərə dönüş edir.

Yəni cavab gəlməməsi bəzən hörmətsizlik deyil, texniki imkansızlıqdır.

Bir insan və ya peşə haqqında mənfi rəy bildirməzdən əvvəl, arxadakı prosesi bilmək hər kəs üçün daha sağlam yanaşmadır.

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: