İşə qəbul zamanı açıq danışılmayan risk

Overqualified amma Underpaid paradoksu

İşə qəbulda tez-tez rast gəlinən, amma açıq danışılmayan bir vəziyyət var.

Namizəd:
😎 təcrübəlidir
🚀 bacarıqlıdır
🧠 işi real şəkildə görə bilir

Amma təklif edilən maaş onun bazar dəyərindən aşağıdır.

Şirkət nə düşünür?
“Bu işi edə bilir, deməli uyğundur.”

Namizəd nə düşünür?
“Bu maaşa müvəqqəti razılaşım, sonra baxarıq.”

HR nə düşünür?
“Bu uyğunluq uzunmüddətli olmayacaq.”

Problemin kökü buradadır.

Overqualified namizəd adətən:

  • tez darıxır
  • inkişaf görməyəndə motivasiyasını itirir
  • ilk fürsətdə şirkəti tərk edir

Yekun olaraq:

  • şirkət yenidən işə qəbul prosesinə girir
  • HR “yanlış seçim” etmiş kimi görünür
  • komanda stabilliyini itirir

Bu paradoksun həlli nədir?
Vəzifə real ehtiyaca görə formalaşdırılmalıdır
Maaş bazar reallığı ilə uyğun olmalıdır
“Bu işi edə bilir” yox, “bu işdə qalmaq istəyərmi?” sualı verilməlidir

İşə qəbul sadəcə boş yeri doldurmaq deyil.
Düz balans qurulmasa, hamı uduzur.

💬 Görəsən overqualified namizəd riskdir, yoxsa düzgün idarə olunmayan fürsət?

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: