Açıqlama: CV göndərdikdən dərhal sonra cavab gözləmək real deyil. Bu sizin motivasiyanızı aşağı sala bilər. Arxa planda proses belə işləyir:
- CV-lər toplanır
- ilkin uyğunluq yoxlanılır
- qısa siyahı hazırlanır
- uyğun namizədlərlə əlaqə yaradılır.
Əksər hallarda bu proses 5–12 iş günü çəkir.
Əgər bu müddətdə:
- müsahibə dəvəti gəlirsə ➡️ proses davam edir
- avtomatik imtina gəlirsə ➡️ proses sizin üçün bitib
- heç bir cavab yoxdursa ➡️ ya proses uzanıb, ya da şirkətdə sistem yoxdur
Sizə cavab gəlmirsə bu, şəxsi məsələ deyil. Bu, proses məsələsidir.
Namizəd üçün ən sağlam yanaşma:
📑 CV-ni göndər,
⏳ gözlə,
🙏 paralel olaraq başqa müraciətlərə davam et.
Səncə cavab üçün ən ideal müddət neçə gündür?
