Bilik yoxsa Empatiya?
Müsahibədə baş verən kiçik, amma düşündürücü bir məqamı paylaşmaq istəyirəm.
Namizəd cavablarından birində cümləsini iki sözlə tamamladı: “Me too.” 💬
Müsahibə normal axarında davam etdi.
Amma həmin iki söz mənə bir şeyi xatırlatdı:
namizəd təkcə cavab vermirdi, müəyyən bir dili seçirdi.
HR olaraq bizim işimiz yalnız sual vermək və cavab almaq deyil. Biz eyni zamanda istifadə olunan sözləri, seçilən ifadələri, konteksti və alt mənanı oxumalıyıq.
“Me too” bir cümlə deyil.
Bu, qlobal miqyasda formalaşmış bir ifadə dili, bir koddur.
Onu anlamaq üçün emosiyaya yox, dünyada baş verənləri izləmək bacarığına ehtiyac var.
Məhz burada fərq yaranır:
Bilik bizə prosesləri idarə etməyə kömək edir
Empatiya + kontekst oxuma isə namizədlə eyni dili danışmağa
Əgər namizədin dilini oxuya bilmiriksə, ən strukturlaşdırılmış müsahibə belə səthi qala bilər.
Peşəmiz sadəcə sənədlər üzərində deyil, insanların həyatları və duyğuları üzərində qurulub. Hər anın içində olmasaq, o duyğunu qaçıracağıq.
Sizcə, bir HR üçün hansı daha önəmlidir: İntellektual bilik (IQ), yoxsa emosional zəka (EQ)?
