Çox işləmək, yoxsa dəyər yaratmaq?
Biznes dünyası sürətlə dəyişir, amma bir çox HR prosesləri hələ də 20 il əvvəlin sürəti ilə hərəkət edir. HR tərəfdaş olaraq anlamalıyıq ki, bizim əsas vəzifəmiz qaydalar toplusu yaratmaq deyil, biznesin önündəki maneələri təmizləməkdir.
Bəs müasir və çevik bir HR mühiti necə qurulur?
✅ Ölçülə bilən nəticələr: HR artıq “mənə elə gəlir ki, işçilər narazıdır” cümləsindən uzaqlaşmalıdır. Biz datalarla danışmalıyıq. İşçi dövriyyəsi (Turnover), bağlılıq indeksi (Engagement) və hər işçiyə düşən gəlir kimi göstəricilər bizim əsas xəritəmizdir.
✅ Sürətli feedback mədəniyyəti: İllik performans qiymətləndirmələrini gözləmək biznes üçün vaxt itkisidir. Problemlər yarandığı an həll olunmalı, uğurlar isə dərhal qeyd edilməlidir. Çeviklik (Agile) budur: səhvi tez tap, dərhal düzəlt.
✅ Bürokratiya borcu (Organizational Debt): Hər yeni qayda əlavə edəndə özümüzdən soruşmalıyıq: “Bu, işçinin işini asanlaşdırır, yoxsa sadəcə bizim nəzarət hissimizi təmin edir?”. Əgər bir proses dəyər yaratmırsa, o, sadəcə yükdür.
✅ Talent Management-ə fərqli baxış: İstedadları sadəcə tapmaq kifayət deyil. Onlara şirkət daxilində çevik hərəkət imkanı yaratmalıyıq. İnsanlar bir vəzifədə “donub qalmamalı”, öz potensiallarını fərqli layihələrdə sınaya bilməlidirlər.
HR-ın uğuru yazdığı prosedurların sayı ilə deyil, biznesin hədəflərinə nə qədər sürətlə çatmasına verdiyi dəstəklə ölçülür. Biznesin dili rəqəmlərdir, HR-ın dili isə o rəqəmləri yaradan insanlardır. Bu iki dili birləşdirə bildiyimiz zaman biz həqiqi biznes tərəşdaş oluruq.
Sizin iş mühitinizdə hansı prosesin “update olmasına” ehtiyac var?
hashtag#AgileHR hashtag#HRBP hashtag#BusinessStrategy hashtag#PerformanceManagement hashtag#FutureOfWork hashtag#AsimHasanov
