İdarəçi olmaq asandır, Lider olmaq isə seçimdir.
HR və menecment sahəsində illər keçdikcə anladığım bir həqiqət var: Əsl liderlik masanın arxasında oturub tapşırıq vermək deyil, ətrafındakındakı insanların özlərini tapmağına şərait yaratmaqdır.
Bəs müasir liderlik və talent menecment dedikdə biz əslində nəyi nəzərdə tuturuq?
Psixoloji təhlükəsizlik yaratmaq: İnsanlar səhv etməkdən qorxduqları mühitdə yenilik edə bilməzlər. Liderin vəzifəsi “səhvi kim etdi?” yox, “bu səhvdən nə öyrəndik?” sualını verən bir mədəniyyət qurmaqdır.
Potensialı kəşf etmək: Bəzən bir işçi özündə olan gücü görmür. Yaxşı bir lider (və ya HRBP) o qığılcımı görüb onu alova çevirən, doğru inkişaf planı (IDP) ilə yolu işıqlandıran şəxsdir.
Ego deyil, nəticə: Güclü lider özündən daha ağıllı və bacarıqlı insanları komandasına yığmaqdan qorxmur. Əksinə, onların parlaması üçün kölgədə qalmağı bacarır.
Empati və peşəkarlıq balansı: İnsanı dinləmək onu zəif etmir. Əksinə, işçinin duyğularını və ehtiyaclarını anlayan lider, ən çətin hədəflərə belə komandası ilə birlikdə daha sadiq şəkildə çatır.
Yadda saxlayaq: şirkətləri binalar və ya texnologiyalar deyil, insanlar böyüdür. İnsanları isə onlara dəyər verən, inkişafına sərmayə qoyan liderlər böyüdür. HR-ın ən böyük missiyası məhz bu “insan mərkəzli” liderlik modelini şirkətin DNT-sinə işləməkdir.
Bu günə qədər həyatınızda və ya karyeranızda “yaxşı ki, qarşıma çıxdı” dediyiniz o liderin hansı xüsusiyyəti sizi daha çox inkişaf etdirib?
hashtag#Leadership hashtag#TalentManagement hashtag#Mentorship hashtag#PeopleFirst hashtag#HRDevelopment hashtag#ProfessionalGrowth hashtag#AsimHasanov
