Rəhbər şəxslər üçün vacib olan 10 əsas bacarıq 👇

Neçə bacarığı özündə hiss edirsən?

– Emosional zəka — insanı başa düşmək, dinləmək, empatiya qurmaq bacarığı.

Qərarvermə — çətin vəziyyətdə belə məsuliyyətli və balanslı qərar ala bilmək.

Komanda idarəetməsi — hər kəsi eyni məqsədə yönəltmək, motivasiyanı qorumaq.

Ünsiyyət bacarığı — həm açıq danışmaq, həm də dinləməyi bacarmaq.

Dəyişikliklərə uyğunlaşma — çevik düşünmək, yeniliklərə açıq olmaq.

Etimad yaratmaq — komandada “nəzarət” yox, “etibar” mühiti formalaşdırmaq.

Münaqişə idarəetməsi — problemi böyütmədən, ədalətli şəkildə həll edə bilmək.

Vaxt idarəçiliyi — prioritetləri düzgün müəyyənləşdirmək və icranı izləmək.

Strategi düşüncə — yalnız bu günü deyil, sabahı da görə bilmək.

Özünü inkişaf etdirmə — “Mən bilirəm” deməyib, daim öyrənməyə açıq qalmaq.

Published by Asim Hasanov HR

HR Public Figure 🇦🇿 Strateji həllər təklif edərək İnsan Resurslarını dayanıqlı və operativ hala gətirirəm

Design a site like this with WordPress.com
Başla: