2020–2023-cü illər arasında 4 il ardıcıl olaraq “asimos az” adı altında kiçik bir komanda ilə gözdən əlillər üçün səsli kitab oxuma layihəsi həyata keçirmişdik. Ümumilikdə 200-ə yaxın könüllü bu təşəbbüsə qoşulmuşdu.
Layihə zamanı maraqlı bir sorğu keçirmişdim:
“Sənin üçün pul nə qədər önəmlidir?”
İki sual vardı:
1️⃣ Pulsuz kitab oxuyarsan, yoxsa səhifəsinə 10 manat qarşılığında?
2️⃣ Bəs bu kitab gözdən əlil biri üçün olarsa?
Nəticə — ikinci sualdan sonra 100% insan “pulsuz oxuyaram” cavabını vermişdi.
O gündən sonra bir daha əmin oldum:
💫 İnsanlara inanmaq üçün çox səbəb var. Mən heç vaxt bu inamı itirməmişəm.
Bəs sən necə düşünürsən?
Bir yaxşılıq edərkən qarşılıq gözləyirsən, yoxsa sadəcə etmək xoşuna gəlir?
