Amma gəlin dürüst olaq:
Neytrallıq ən çox harda çatışmır?
- İş mühitində.
HR olaraq qarşılaşdığımız ən çətin və ən vacib öhdəliklərdən biri də budur:
Tərəf tutmamaq.
Çünki iş mühitində insanlar var:
👥 dostluqlar
🤝 qruplaşmalar
🎯 gözləntilər
🎭 gizli simpatiyalar
💬 şayiələr
və bəzən də…
⚖️ qeyri-obyektivlik.
Ancaq HR üçün bir qayda dəyişmir:
“Neytrallıq seçim deyil sənin peşə borcudur.”
Neytrallıq HR üçün nə deməkdir?
- Sevdiyin namizədi yox, iş üçün ən uyğun olanı seçmək
- Qruplaşmaların deyil, faktların arxasında durmaq
- Şəxsi fikirləri deyil, obyektiv meyarları əsas götürmək
- Emosiyaları deyil, sistemləri idarə etmək
Və ən vacibi:
Neytrallıq HR-ın şəxsi yox, şirkətin ədalət sisteminə xidmət etməsidir.
Bu gün hamının özünə bir sual verməyi faydalıdır:
“Qərarlarım münasibətlərimdən nə qədər asılıdır?”
Cavab nə qədər azdırsa, bir o qədər peşəkarsınız.
