“Xəstə” İşçinin İnstagram Macəraları
HR qanuna, yoxsa gördüyü fakta inanmalıdır?
Vəziyyət:
👤 İşçi: Fidan (Marketinq mütəxəssisi).
👀 Hadisə: bazar ertəsi səhər Fidan rəhbərliyinə mesaj yazır: “Çox bərk qızdırmam var, həkim bülleten yazdı, 3 gün işə çıxa bilməyəcəyəm.”
🫵 Şok Fakt: elə həmin gün günorta saatlarında bir iş yoldaşı Fidanın “Yalnız yaxın dostlar” (Close Friends) siyahısından təsadüfən bir story-ni skrinşot edib HR-a göndərir. Fidan rayonda, şəlalə başında kabab çəkir və paylaşımına “Stressdən uzaq, şəfa tapıram” yazıb.
👁️ Kritik məqam: Fidanın əlində rəsmi xəstəlik vərəqəsi var. Qanun qarşısında o, xəstədir. Amma vizual sübut onun şirkəti aldatdığını göstərir.
❓ SUAL: Sizin HR nə etməlidir?
A) Əlində rəsmi sənəd varsa, müdaxilə etməmək. Amma qayıdanda “səmimiyyətsizliyinə” görə performansını ciddi nəzarətə götürmək.
B) Skrinşotu ona göstərmək və yalan danışdığı üçün izahat tələb etmək. Şirkətə qarşı etibarı sarsıtdığına görə onu cərimələmək və ya işdən çıxarmaq.
C) Fidanın paylaşımının altına rəsmi şirkət hesabından və ya rəhbər tərəfindən “Şəfa diləyirik, şəlalə havası qızdırmaya yaxşı gəlir” yazıb, ona izlənildiyini hiss etdirmək.
Sizcə, işçinin rəsmi sənədi varsa, onun “xəstəlik” müddətində nə etməsi şirkəti maraqlandırmalıdır? 👇
hashtag#HRKeys hashtag#İnsanResursları hashtag#İşEtikası hashtag#AzərbaycanİşDünyası hashtag#CorporateCulture hashtag#HRManagement hashtag#WorkLifeBalance hashtag#Leadership hashtag#BiznesKeys
